İş mühitində hesabatların, müxtəlif növ təqdimatlardakı mürəkkəb rəqəmlərin effektiv şəkildə hədəf kütləyə çatıdırılması çox zaman çətinliklər yaradır. Bu praktiki təlim müxtəlif növ datanın (məlumatın) hədəf auditoriyaya ən effektiv və dolğun şəkildə çatdırılmasının yollarının öyrənilməsi məqsədini daşıyır. İştirakçılar iş şəraitində daha effektiv, qısa, eyni zamanda ətraflı şəkildə mövcud datanın çatıdılması yollarını praktiki şəkildə öyrənəcəklər. Hər bir iştirakçı Excel sheetdə müxtəlif məlumatları yerləşdirmək tapşırığı veriləcək və onlar daha sonra bu məlumatı təqdimat ( ppt) halına salıb təqdim edəcəklər. Məqsədimiz bu datanın çatdırılmasını daha maraqlı, innovativ və effektiv hala salmaqdır.

Təlimin mövzusu: "Kompleks datanın analizi, təsviri və təqdimatı"

Təlimin məqsədi: Təlim iştirakçılarının müxtəlif növ məlumatın hədəf auditoriyaya ən effektiv və dolğun şəkildə çatdırılmasının yollarının öyrənilməsini təmin etməkdir. 

Təlimin tarixləri: 31 oktyabr 2018-ci il 14:00-18:00
01 noyabr 2018-ci il 09:00-13:00


Təlimin müddəti: 8 saat

Təlim keçiriləcək ünvan: Maliyyə Bazarlarına Nəzarət Palatasının Təlim və Maarifləndirmə Mərkəzinin ofisi (Bakı şəh., Babək prosp., Ə. Quliyev küç. 11/30, Babək Plaza, C Bloku, 7-ci mərtəbə)

Əsas bölmələr:
-Effektiv təqdimatın hazırlanma mexanizmləri və sirrləri;
-Təqdimatın interaktiv formada çatdırılması;
-Məlumatların dolğun şəkildə hədəf kütləyə çatdırlmasının yolları;
-Rəqəmsal təqdimatın əsasları;
-Mövcud məlumatın qısa, eyni zamanda ətraflı şəkildə çatdırılmasının praktiki üsulları.

Təlimçi haqda: 
Seymur Rəsulov- Saymore Training & Coaching şirkətində təlimçidir, həmçinin, Dohada Qatar Fondu, Dubayda Springer şirkətində satış meneceri və EBSCO şirkətində illik satış hədəfi 6.4 milyon dollar olmaqla Yaxın Şərq, Şimali Afrika,Mərkəzi Asiya,Türkiyə və İsrail regionları üzrə Regional satış meneceri kimi çalışmışdır. Seymur Magistr dərəcəsini ABŞ-da,İllinois ştatının Urbana Champaign Universitetindən əldə etmişdir.Seymur bəy Almaniyada və Dubayda keçirilən TEDx tədbirlərində spiker kimi çıxış etmişdir. Bundan başqa,yerli SAT forumu və Mentor talks kimi tədbirlərdə yeni satış konsepti ilə bağlı çıxışlarla yadda qalmışdır. Seymur Rəsulov hər bir müştərini potensial alıcıya çevirəcək müştəri məmnuniyyəti, təqdimat bacarıqları, komandada iş, satış kimi soft skills təlimləri üzrə fəaliyyət göstərir.

Təlim ödənişlidir və ödənişə daxildir:
-Təlim materailları
- Coffee-break
- Maliyyə Bazarlarına Nəzarət Palatasının Təlim və Maarifləndirmə Mərkəzinin SERTİFİKATI

Təlimə qeydiyyat üçün:
(+994 51) 411 99 01 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.