Kursda iştirak etmək üçün aşağıdakı linkə daxil olub qeydiyyat formunu doldurmağınız xahiş edilir.
https://muhasibat.typeform.com/to/rVdkcz
Mühasibat və vergi uçotunu öyrənmək istəyənlərin nəzərinə!
Muhasibat.Edu.Az layihəsində Aydın Kərimovla mühasibat uçotu kursuna qatılmaq fürsətini qaçırmayın, belə ki, “Mühasibat uçotu, Vergilər” kitabının müəllifi nəzəri və praktiki cəhətdən çoxillik peşə təcrübəsinə malik Aydın Kərimov tərəfindən kurslar artıq başlayır.
Kursun ümumi müddəti 72 saat (3 ay) həftədə 3 dəfə, hər dəfə 2 saat olmaqla keçirilir. Kursun keçirilmə vaxtı iştirakçıların rəyinə əsasən təyin edilir.
Mühasibat uçotu kursunun tam məbləği 1500 manat, bir aylıq isə 500 manat təşkil edir. Ödəniş nağd və ya köçürmə yolu ilə edilə bilər. Kurs Caspian Plazada keçiriləcəkdir.
Təlimdə mühasibat uçotu 0 (sıfırdan)-dan başlayaraq Baş mühasib işləmək səviyyəsinə qədər tədris ediləcək, mühasibat uçotunun nəzəri və praktiki hissəsi, vergitutma sistemi, gömrük əməliyyatları, statistik hesabatlar, sosial və digər fondlarla hesablaşmalar, maliyyə hesabat formaları, vergi bəyanamələri və s. nəzəri və praktiki şəkildə nümunələrlə izah ediləcəkdir.
Kurs iştirakçıları gələcəkdə mühasibat uçotu, vergilər və hər hansı bir məsələ ilə bağlı ödənişsiz məsləhətləşmələr almaq imkanı əldə edirlər. Kurs zamanı iştirakçılar tədris vəsaitləri ilə təmin olunur.
Qeyd: Aydın Kərimov Azərbaycanda ən çox oxunan, indiyə kimi 20.000 tirajdan artıq nəşr edilən, mühasiblərin, tələbələrin və iş adamlarının stolüstü kitabı olan, Mühasibat və vergi sisteminin nəzəri və praktiki uçotunu əks etdirən, “Mühasibat uçotu, Vergilər” kitabının müəllifidir. Kitab 1997-2018-ci illərdə yeni redaksiyalarda olmaqla 14 dəfə nəşr edilib.
Aydın Kərimov uzun illər bir neçə yerli və xarici müəssisələrdə Baş mühasib kimi çalışıb, o cümlədən 1999-2012-ci illərdə “Mars Overseas Baku LTD Pepsi Cola Bottler Azerbaijan” şirkətində Baş mühasib vəzifəsində işləyib.
Mühasibat sahəsində ən son iş elanları və yenilikləri bizdən öyrənin: www.muhasibat.az
ККрасота и здоровье
ЖЖара 2019
РРестораны и кафе
ООбразование
ВВсе для детей
ККоронавирус
ЧЧего хотят женщины?
ГГде провести Новый год?
ЧЧто подарить на Новый год?
Aydın Kərimovla Mühasibat Uçotu Kursu!
Рецензия
Фильтры