Bakı ilə üz-üzə mühazirələr sessiyamızın bu dəfəki qonağı Rasul Hasanovsizə şəhər infrastrukturunun necə daha yaxşı dəyişə biləcəyimiz haqqında danışacaq. 

Bakının sürətli inkişaf prossesində şəhər ərazisində sıxlığın yaranması halı baş verməkdədir. Hazırki mərhələdə şəhərimizin bu probleminin qarşısını almaq üçün müəyyən tədbirlər toplusu görülməlidir ki, bu tədbirlərdən biri də şəhər və ətraf mühitin dizaynının düzgün qurulmasıdır. 

Spikerimiz Rasul Hasanov, son 5 il ərzində xüsusən məşğul olduğu və tədqiq etdiyi sahələrdən biri də şəhər və ətraf mühit dizaynıdır. Şəhərlərdə olan informasiya və insan sıxlığı məsələlərinin həll edilməsi üçün öz tədqiqat işlərini bizimlə bölüşəcək və ideya becərilməsi mövzusunda müzakirə aparacaqdır. 

Rasul Hasanov 2004-cü ildən qrafik dizayn proqramları ilə maraqlanmağa başlamışdır. 2009-cu ildən o, peşəkar olaraq bu sahədə çalışır. Bundan başqa, hər zaman yeni ideyalar düşünərək ictimaiyyətlə bölüşməyə, sosial layihələr etməyə can atmışdır.

Mühazirə Azərbaycan dilində aparılacaq. 
Vaxt: 1 noyabr 2018-ci il
Saat: 19:00
Məkan: Caspian Plaza III korpus, 3-cü mərtəbə
Giriş sərbəstdir.