Əziz Oxucular!
İmtahanda iştirak etmək üçün sizə təqdim olunan login - sifarişinizin İD nömrəsi. Şifrə - biletinizin barkodunun ilk 5 rəqəmi.
Bölmələr üzrə Sizlərə təqdim olunan 10 adda kitabdan ixtiyari 3 kitabı seçirsiniz. Müsabiqədə iştirak etmək üçün bilet əldə edirsiniz (Qiyməti 10 AZN). Bilet alarkən seçdiyiniz kitablar biletin üzərində göstərilir. Seçdiyiniz kitabları oxuyaraq, 9 Dekabr 2018-ci il tarixində saat 11:00-da keçiriləcək "online" imtahana qatılırsınız. Hər bir iştirakçı yalnız oxuduğu 3 kitab əsasında tərtib olunmuş 60 sualdan ibarət "online" imtahan verəcək. 15 dəqiqə davam edəcək imtahana www.dtvedu.com saytında "İmtahan" bölməsinə girərək, qatılacaqsınız. Ən yüksək nəticə göstərən 200 nəfər ikinci mərhələyə vəsiqə qazanacaq və bununla da birinci mərhələ (9 Dekabr) yekunlaşacaq. 23 Dekabr 2018-ci il tarixində əvvəlcədən elan olunacaq saat və məkanda ikinci mərhələnin imtahanı baş tutacaq. İkinci mərhələdə yenə hər kəs oxuduğu 3 kitabdan, ona təqdim olunacaq fərqli 60 sualdan ibarət test üsulu ilə imtahan verəcək. Bu imtahan nəzarət altında keçiriləcək və ən yüksək nəticə göstərən 10 nəfər mükafatlandırılacaq. İmtahan müddəti 20 dəqiqə olacaq.
I yer 3000 AZN
II yer 1500 AZN
III yer 1000 AZN
IV yer 800 AZN
V yer 600 AZN
VI yer 400 AZN
VII yer 300 AZN
VIII yer 200 AZN
IX yer 100 AZN
X yer 50 AZN
9 Dekabr tarixində keçiriləcək imtahan üçün nəzərdə tutulmuş kitabların siyahısı:
Azərbaycan dilində:
1.Şəmil Sadiq – Ümidlərin izi ilə
2.Vüsal Aydın – Dr Səid
3. Yusif Vəzir Çəmənzəminli – Studentlər
4. Kazuo İşiquro – Məni heç vaxt tərk etmə
5. Paula Hokins – Qatardakı qız
6. Teodor Drayzer – Amerika faciəsi 1
7. Həsən Seyidbəyli – Cəbhədən cəbhəyə
8. Svetlana Aleksandrovna Alekseyeviç – Müharibə qadın simalı deyil
9. Boris Pasternak – Dr Jivaqo
10. Orxan Pamuk – Məsumiyyət muzeyi
Rus dilində:
1. Дина Рубина - Цыганка
2. Ю Несбе - Сын
3. Тесс Герритсен - Ученик
4. Орхан Памук - Дом тишины
5. Джек Лондон - Дочь снегов
6. Харуки Мураками - 1q84
7. Федор Достоевский - Вечный муж Кроткая
8. Андрей Платонов -Котлован
9. Милан Кундера - Смешные любови
10. Марк Леви - Сильнее страха
Türk dilində:
1. John Verdon – Aklından 1 sayı tut
2. John Katzenbach – TABU
3. Jojo Moes – Bir artı bir
4. Çağrı Taner – Hüzünlü bir ponçik
5. Orhan Pamuk – Sessiz ev
6. Stephen King – Kuşku mevsimi ve esaretin Bedeli
7. Wulf Dorn – Fobi
8. Aşkım Kapışmak – Üzümlü kek
9. Caner Yaman – Güzel kaybettik
10. Jose Mauro de Vasconcelos – Şeker portakalı