"Musiqi centlmeni - Tomas Anders". Konsert

Mayın 7-də Heydər Əliyev Mərkəzində dünya pop musiqisinin əfsanəsi, məşhur "Modern Talking" qrupunun solisti olmuş Tomas Andersin konserti keçiriləcək. "Musiqi centlmeni - Tomas Anders" ("Thomas Anders -  The Gentlemen of Music") adlı konsert proqramında müğənni tamaşaçılara ən sevilən mahnılarını, ötən illərin məşhur hitlərini səsləndirəcək.

Tomas Anders (Bernd Vaydunq) ötən əsrin 80-90-cı illərində "Modern Talking" qrupunun solisti olarkən məşhurluq qazanıb və artıq 40 ilə yaxındır ki, şöhrətin zirvəsindədir.