"On ikinci gecə və yaxud nə istəsəniz"
Yaş həddi: 13+
Müəllif: Vilyam Şekspir
Janr: Komediya
Dil: Azərbaycan
Tamaşanın müddəti: I hissə - 90 dəqiqə
II hissə - 45 dəqiqə
Quruluşçu rejissor və rəssam: Azər Paşa Nemətov
Rejissor: Anar Sadoqov
Hər zaman Azərbaycanda Vilyam Şekspir yaradıcılığına maraq böyük olub.Zaman dəyişir, nəsillər bir-birini əvəz edir, lakin Şekspir yaradıcılığına maraq daha da artır. Bu dəfə teatr V.Şekspirin “On ikinci gecə və yaxud hər nə istəsəniz” komediyasına müraciət etdi. Əsər sevginin, məhəbbətin hökm sürdüyü nağıllar və xəyallar aləmində baş verən anlaşılmazlıqlar haqqındadır. Sonda anlaşılmazlıq və yalanlar xoş sonluqla bitir, hər şey yoluna düşür, gənclik və məhəbbət qalib gəlir. Tamaşanın süjet xətti ekranla səhnənin, müasirliklə klassikanın vəhdətində, rəqslər, mahnılarla, maraqlı, baxımlı, rəngarəng və dinamik bir formada həll olunur. Tamaşaçı səhnə ilə ekranda baş verənlərə aludə olmaya bilmir.