Bakı Kitab Mərkəzi sizi Şən və Hazırcavablar Klubunun "Bakılı oğlanlar" komandasının unudulmaz kapitanı Anar Məmmədxanovun xatirə gecəsinə və yazıçı-publisist Elmira Axundovanın əfsanəvi komandanın yaradıcısına həsr etdiyi "Anar Məmmədxanov. Kapitanın taleyi" kitabının və A. Məmmədxanovun «Байки от Анара Мамедханова» adlı kitabının imzalama axşamına dəvət edir. Tədbirdə A. Məmmədxanovun ailə üzvləri, dostları, həmçinin, "Bakılı oğlanlar" komandasının üzvləri öz xatirələri ilə bölüşəcək, suallara cavab verəcəklər. Tədbir noyabrın 3-də saat 19:00-da Bakı Kitab Mərkəzində keçiriləcək. Giriş sərbəstdir.