Əbdürrəhim bəy Haqverdiyev. “Xortdanın Cəhənnəm məktubları” Səhnələşdirən: Boris Mandjiyev Quruluşçu rejissor – Boris Mandjıyev Rusiya Federasiyası və Kalmıkiya Respublikalarının Əməkdar İncəsənət Xadimi Bir-birini təmiz məhəbbətlə sevən iki gənc Fərmanla Gövhərtac mühitin ac qurşağına düşürlər. Hacı Kamyab qızının Fərmana getməsinə razıdır. Lakin arvadı qızından bəhrələnmək, onunla hörmət sahibi olmaq istəyir. Fərmanın anası vəziyyəti başa düşüb deyir ki, oğlu qızı götürüb başqa yerə qaçsın. Lakin Fərman xəstə anasını qoyub getmək istəmir. Xudayar xan oğlu Gəray xana qızı almaq istəyir. Bu zaman Hacı Kamyab da, arvadı da bu izdivaca razılıq verirlər. Fərman başa düşür ki, artıq əmisi də qızı ona verməyəcək. Hacı Kamyab Fərmanın qəlbini ələ almaq üçün onun anasına pul verir ki, alver eləsin, özünə iş qursun. Lakin Fərman qəbul eləmir. Çünki başa düşür ki, bu səxavətin arxasında nə dayanır. Fərman Gövhərtacı qaçırdır. Tanınmış axund olan Əhməd ağanın evi salamatlıqdır deyə, Fərman qızı gətirib onun yanında qoyur. Kişinin gözü bu qıza düşür. Evi müqəddəs ev sayılan Əhməd ağa düşünür ki, Hacı Kamyab çox varlıdır. Bu sərvət Fərmanın əlinə keçincə, elə öz əlinə keçsin. Ona görə də qızın kəbinini özünə kəsir. Buna qızın anası sevinir. Xalqın gözündə hörmət sahibi olacaqlarını düşünən qızın valideynləri, əslində iki gəncin ölümünə fərman verirlər. Hər iki gəncin ciyəri vərəm bağlayır, hər ikisi ölür. Cəhənnəmə düşənlər də elə bu cür tüfeylilərdir: insanlara badalaq atanlar, tərəzidə aldadanlar, başqasının namusuna sataşanlar, özgə malını mənimsəyənlər.