Çoxdan axtarışında olduğunuz təbii baldan dadmağınız üçün hər birinizi növbəti bal yarmarkasına dəvət edirik!
Yarmarka 28 sentyabr-18 oktyabr tarixlərində Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Tədarük və Təchizat ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birlikdə təşkil etdiyi yarmarkada Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlamadan keçmiş təbii, qatqısız bal və arı məhsulları satışa çıxarılacaq.
Hər birinizi yüksək keyfiyyət,bol çeşid, sərfəli qiymət və əyləncəli anlarla dolu yarmarkamızda gözləyirik!
Ətraflı məlumat üçün: