YARAT hər kəsi Rus Filmləri Həftəsi çərçivəsində təşkil olunan 3 film nümayişinə dəvət edir. Nümayiş, “Rossotrudnichestvo” təşkilatının Azərbaycandakı nümayəndəliyi və “Nizami” kinoteatrı ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

24 sentyabr
“Van Qoqlar” (Rusiya, 2018)
Janr: Dram
Rejissor: Sergey Livnev
Prodüserlər: Sergey Bobza, İqor Pronin, Yuliya Zaytseva, Maksim Pavlov, Andrey Korobov, Yelena Kojanova
Ssenari müəllifi: Sergey Livnev
Operator: Yuri Klimenko
Bəstəkarlar: Leonid Desyatnikov, Aleksey Serqunin
Baş rollarda: Aleksey Serebryakov, Daniel Olbrıxski, Yelena Koreneva, Polina Aqureyeva, Nataliya Neqoda, Aleksandr Sirin, Svetlana Nemolayeva, Olqa Ostroumova, Yola Sanko, Yevgeni Tkaçuk

Ata - məşhur dirijordur. Oğul - istedadlı, lakin tanınmayan rəssamdır. Onların münasibətləri çoxdan sevgi-nifrətə çevrilib; amma, nifrət, sevgidən daha çoxdur. Onlar dünyanın müxtəlif yerlərində yaşayırlar və çalışırlar ki, zərurət olmadan görüşməsinlər. Bu zərurət gözlənilmədən yarandıqda isə, ən yaxın, eyni zamanda uzaq olan insanlar çətin barışıq yolu keçməli olacaqlar.

27 sentyabr
“Annanın müharibəsi” (Rusiya, 2018)
Janr: Hərbi drama
Rejissor: Aleksey Fedorçenko
Prodüserlər: Andrey Savelyev, Artyom Vasilyev, Maksim Lojevski, Anatoli Zaxarov, Saymon Vayn, Mixail Qraçev, Arkadi Seytlin, Boris Hobod, Dmitri Vorobyov
Ssenari müəllifləri: Aleksey Fedorçenko, Nataliya Meşşaninova
Operator: Alişer Həmidxocayev
Bəstəkarlar: Vladimir Komarov, Atsuo Matsumoto
Baş rollarda: Marta Kozlova, Lyubov Vorojtsova, Vladimir Sapin, Aleksandr Vaxov, Konstantin İtunin

Noyabr 1941-ci il. Keçmiş yoxdur - onu məhv ediblər. İndiki zaman - ölümdür. Yalnız köhnə qəsəbə məktəbinin coğrafiya kabinetində buxarının içərisində təhlükəsizdir. Anna orada bir ev qurub. Amma, məktəb gecə-gündüz böyük itlər tərəfindən mühafizə olunan, alman komendantlığı idi. Hər hansı səs və qoxu düşməni çağırır, aclıq və susuzluq isə həmişə var…

Bu əhvalat belə başladı: sağ qalma hekayəsi, böyüklərin dəhşətli dünyası və balaca Annanın qarşıdurması hekayəsi. Müharibəyə qalib gələn qızın hekayəsi.

28 sentyabr
“Aleksandr Xristoforovun əbədi həyatı” (Rusiya, 2018)
Janr: Komediya
Rejissor: Yevgeni Şelyakin
Prodüserlər: Aleksey Quskov, Yakov Drabkin
Ssenari müəllifləri: Yevgeni Şelyakin, Pavel Usaçov, Pavel Vinoqradov, Vyaçeslav Omutov, Aleksey Quskov
Operator: Artur Gimpel
Bəstəkarlar: Mixail Morskov, Artem Fedotov
Baş rollarda: Aleksey Quskov, Oksana Fandera, Timofey Tribuntsev, Roman Kurtsin, İqor Uqolnikov, Lidiya Velejeva, Polina Puşkaruk, Stanislav Lyubşin, Anastasiya Somova, Aleksandr Qox

Keçmişdə Xristoforov teatr və kino ulduzu idi, indi isə kurort şəhərciyində animatordur. Amma, keçmiş aktyor ümidsiz deyil – “burada və indi” yaşayır. Keçmiş həyat yoldaşı fitnəkarlıq edir, oğlu isə ondan “qaçır”. Buna baxmayaraq, Xristoforov inadla irəli hərəkət edir. İşdən dava-dalaşla çıxarılmasından sonra, tale bizim qəhrəmana sevimli qadın obrazında inanılmaz bir hədiyyə edir. Görəsən, bu taleyüklü görüş, “əbədi uğursuz”un həyatını dəyişməyə kömək edəcəkmi?