İsveçli rəssam Simon Arns yenidən Bakıda

25-29 sentyabr 2019-cu il tarixlərində İçəri şəhərdə yerləşən "Art Tower" rəsm qalereyasında gənc isveçli rəssam Simon Arnsın növbəti fərdi sərgisi keçiriləcək. Sərginin açılışı 25 sentyabr, saat 19:00-da baş tutacaq. Sərgi çərçivəsində Simon Arnsın azərbaycanlı rəssamlarla birgə "vörkşop"u da təşkil ediləcək. 

Sərgi “Arts Council Azerbaijan” təşkilatının təşəbbüsü, İsveçin Bakıdakı Səfirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə reallaşacaq.