1 noyabr tarixində Backpacker'lərlə qızıl payızı izləmək üçün 1600 metr hündürlükdə yerləşən Qaranohur gölünə yürüş edəcəyik . Yürüş məsafəmiz cəmi 11 km olub Talıstan kəndindən başlayacaq, meşə ilə Qaranohur gölünə gedəcəyik. Göl ətrafında bulaq suyundan samovar çayı dəmləyib geridə qoyduğumuz uzun yayın yürüşləri, səyahətlərimiz haqqında danışacaq, daha sonra yürüşümüzü Diyallı kəndi istiqamətində davam etdirəcəyik. 

Yürüş Proqramımız:

06:40 - Gənclik Mall'ın qarşısında toplaşma
07:00 - Yola düşmə
10:00 - İsmayıllı. Talıstan kəndi
10:20 - Yürüşə başlayırıq
14:00 - Qaranohur gölü
+Asudə vaxt, Nahar fasiləsi
16:00 - Diyallı kəndinə yola düşürük
19:00 - Diyallı kəndi, Bakıya yola düşürük
22:00 - Bakıdayıq

Yürüş haqqında:
Yürüş ekotur olduğundan günorta yeməyi daxil deyil. Özünüzlə günlük yemək, sendviç, çörəkarası, şokolad, quru meyvə, çərəz, tərəvəz, müxtəlif konservalar ola bilər və ya marketdən ala bilərsiniz. Termosda çay və ya içəcək su götürmək məsləhətdir
*İştirakçı sayı limitli olub 18 nəfərdir.

Aşağıda qeyd olunan əşyaları özünüzlə götürməyiniz məsləhətdir:
- Bel çantası (15+ litr)
- Yürüş çubuğu məsləhətdir( icarəsi tərəfimizdən təşkil olunur)
- Rahat və isti geyim, su və külək keçirməyən gödəkçə
- Rahat və sukeçirməz bot və ya idman ayaqqabısı
- Yağmurluq və yürüş çubuqları (arzuolunandır)
- Əlavə geyim (corab, qısaqol köynək, papaq, əlcək və s.)
- Şəxsi əşyalar (termos, qab-qaşıq, salfet, fincan və s.)

Turun qiyməti:
8 noyabr 18:00-a qədər turun qiyməti 31 AZN-dir.
10 noyabr 15:00-a qədər turun qiyməti 35 AZN-dir.
Yürüş günü turun qiyməti 35 AZN-dir.

Şəxsi avtomobil ilə gəlmək və İsmayıllıdan qoşulmaq istəyənlər üçün ödəniş 21 AZN-dir.

Qiymətə daxildir:
- Nəqliyyat (Mersedes Sprinter)
- Göl ətrafında bulaq suyundan çay.
- Səyahət sığortası
- Bələdçi xidməti
- Qızıl payız şəkilləri

Ödənişlə bağlı:
0502033247, Elvin Guliyev ilə əlaqə saxlaya bilərsiniz. 
Yürüş üçün son qeydiyyat tarixi, 10 noyabr 15:00-dır.

Qeyd:
Tura 2 gün qalmış imtina edilərsə ödənişin 50%-i geri qaytarılır. Tur günü və ya tura bir gün qalmış ödənişin heç bir hissəsi geri qaytarılmır.