Təlimin məqsədi:

ISO 9001:2015 standartının tələbləri, ISO 9001 standartın yeni 2015-ci il versiyası ilə 2008-ci il versiyası arasındakı fərqlər barədə məlumatın verilməsi, yeni standartın maddələrinin şərhi, KİS-in tətbiqi üzrə nəzəri biliklərin və praktiki bacarıqların öyrədilməsi.

Təlimin keçirilmə metodu:

Təlim real nümunələrlə tanışlıq və praktiki tapşırıqların yerinə yetirilməsinə əsaslanır.

Gözlənilən nəticə:

İştirakçılar müəssisə və təşkilalarda keyfiyyəti idarəetmə sisteminin işlənilməsi və tətbiqi üzrə zəruri təcrübələri əldə edəcəklər

İştirakçılar:

KİS-i üzrə menecerlər, idarəetmə sistemləri üzrə məsləhətçi və auditorlar, ISO 9001:2015 standartını tətbiq etmək istəyən şəxslər, tələbələr, magistrlar

Təlimin proqramı:

– ISO 9001 standartının yeni versiyasının müasir biznes reallığları ilə uzlaşdırılması.

– Keyfiyyətin idarə edilməsi sistemləri standartlarının yenilənmə səbəbləri

– ISO 9001:2015 standartının əsas prinsipləri

– ISO 9001:2015. Keyfiyyəti idarəetmə sistemi. Yeni struktur və terminologiya

– Yeni struktur və PDCA

– ISO 9001:2015. Maddə 4. Təşkilatın iş mühiti

– Təşkilat və onun iş mühitinin başa düşülməsi

– Maraqlı tərəflərin ehtiyac və gözləntilərinin başa düşülməsi

– Keyfiyyəti idarəetmə sisteminin tətbiq sahəsinin təyin edilməsi

– Proseslərə olan yeni tələblər (nəticələrin ölçülməsi, risklərin nəzərə alınması)

– ISO 9001:2015. Maddə 5. Liderlik

– Liderlik və öhdəliklər (proses yanaşma və risklərin qiymətləndirilməsinə əsaslanan düşüncənin təşviqi)

– Müştəri yönümlülük

– Keyfiyyət siyasəti

– Təşkilati vəzifə, məsuliyyət və səlahiyyətlər

– ISO 9001:2015. Maddə 6. Planlaşdırma

– KİS-in inkişafında risk amilinin nəzərə alınması

– Risklərin idarə edilməsi (təhlükələrin müəyyənləşdirilməsi, risklərin təhlili və qiymətləndirilməsi, risklərin qiymətləndirilməsinin sənədləşdirilməsi, əməliyyat fəaliyyətində risklərin nəzərə alınması)

– Keyfiyyət sahəsində məqsədlər və onlara nail olmanın planlaşdırılması

– Dəyişiliklərin planlaşdırılması

– ISO 9001:2015. Maddə 7. Dəstəkləmə 

– İnsan resursları

– İnfrastruktur (bina və onunla əlaqəli mühəndis sistem və xətləri, avadanlıq, nəqliyyat, rabitə və informasiya texnologiyaları)

– Proseslərin yerinə yetirilməsi üçün iş mühiti

– İzləmə və ölçmələr üçün resurslar

– Daxili və xarici informasiya mənbələri

– Səriştəlilik və məlumatlı olma

– İnformasiya mübadiləsi və kommunikasiya

– Sənədləşdirilmiş informasiya, sənədləşdirilmiş informasiyanın idarə edilməsi

– ISO 9001:2015. Maddə 8. Fəaliyyət

– Fəaliyyətin planlaşdırılması və idarə edilməsi

– Məhsul və xidmətlərə olan tələblər

– Müştəri ilə əlaqə

– Məhsul və xidmətlərin layihələndirilməsi və işlənməsi

– Kənar tədarükçülər (təchizatçılar) tərəfindən təqdim olunan proses, məhsul və xidmətlərin idarə edilməsi

– Məhsulların istehsalı və xidmətlərin göstərilməsinin idarə edilməsi

– Uyğun olmayan proses nəticələrinin, xidmət və məhsulun idarə edilməsi

– ISO 9001:2015. Maddə 9. Performansın qiymətləndirilməsi 

– İzləmə, ölçmələr, təhlil və qiymətləndirmə

– Müştəri məmnuniyyəti

– Daxili audit

– Rəhbərlik tərəfindən təhlil

– ISO 9001:2015. Maddə 10. Yaxşılaşdırma

– Uyğunsuzluq və düzəldici fəaliyyətlər

– Davamlı yaxşılaşdırma



Materiallar: iştirakçılar prezentasiyanın çap variantını əldə edəcəklər.

Təlimin müddəti: 3 (üç) gün (saat 10.00 - 17.00 dək).

Dili: Azərbaycan

E-mail: [email protected]

Əlaqə: (012)480 28 47; (055)581 86 56

Facebook səhifəsi: https://www.facebook.com/aqa.az/

Linkedin səhifəsi: https://www.linkedin.com/company/keyfiyy-t-akademiyas-/