Yaş həddi: 6+
Müəllif: Elçin (hekayələri əsasında)
Bəstəkar-Firudin Allahverdi
Janr: Lirik komediya
Tamaşanın müddəti: I hissə - 55 dəqiqə
                              II hissə - 50 dəqiqə


Quruluşçu rejissor: Cənnət Səlimova (xalq artisti)
Quruluşçu dirijor: Fəxrəddin Atayev (əməkdar incəsənət xadimi)
Quruluşçu rəssam: Tahir Tahirov (xalq rəssamı)
Baş dirijor: Fəxrəddin Atayev (əməkdar incəsənət xadimi)

Xalq yazıçısı Elçinin məşhur hekayələri əsasında hazırlanan "Baladadaşın toy hamamı” iki hissəli musiqili lirik komediyasıdır. Tamaşada teatrla kino sintez edilib. Eyni zamanda adət və ənənələrimiz, Bakı kəndlərinin özünəməxsus koloriti ustalıqla əks olunub. Var-dövlətin insanın mənəvi zənginliyinin yanında bir heç olması, dünyanın faniliyi, saf, pak sevgi haqqında olan lirik tamaşadır.