“Azərbaycan Coğrafiya Cəmiyyəti (ACC)” və “Caspian Scientific Research, Engineering and Training” şirkətinin birgə təşkilatçılığı ilə:


“ERDAS IMAGİNE - 1” təlimi
Təlimçi: Prof.dr. Ali Akbar Rasuly (Macquarie University, Sydney - Australia)
Web sayt: http://www.prof-aarasouli.com

Təlimin məqsədi:
Bu təlim elmi məqalələrin yazılmasında, dissertasiya işlərinin hazırlanmasında, elmi tədqiqatların aparılmasında, iş təcrübənizin artırılmasında, fotoqrammetriya və Məsafədən Zondlama (Remote Sensing) üzrə biliklərin öyrənilməsində və təkmilləşdirilməsində, iş imkanlarınızın genişləndirilməsində, iş yoldaşlarınız arasında fərqlənmənizdə, dövlət və özəl təşkilatlarda ixtisasınıza uyğun iş tapmağınızda sizə köməklik edəcəkdir.

Təlim kimlər üçün nəzərdə tutulub?
- Üniversitetlərin, xüsusən coğrafiya və digər fakültələrinin tələbə, magistr, dissertant və doktorantları;
- Elmi-tədqiqat institutlarının magistr, dissertant və doktorantları;
- Üniversitet və institutların elmi işçiləri;
- Ekologiya, kənd təsərrüfatı, əmlak, melorasiya, nəqliyyat, turizm, dəniz, neft və s. sahələr üzrə işləyən dövlət qulluqçuları və işçiləri;
- Özəl şirkətlərin işçiləri;
- Öz arzusu ilə öyrənmək istəyən və s. üçün nəzərdə tutulub.

Təlimdə nələr öyrəniləcək?
- Məsafədən Zondlama (Remote Sensing) texnologiyası;
- LANDSAT və SENTINEL 2A peyk təsvirlərinin internetdən endirmə yolları;
- Peyk təsvirlərinin mozaiklənməsi;
- Ortofoto xəritələrin hazırlanması;
- Tematik xəritələrin hazırlanması;
- Rəqəmsal xəritələrin tərtib olunmasında peyk təsvirlərinin istifadəsi;
- Virtual GIS;
- 3D modelləşdirilmə;
- Normalizasiya Fərqi Bitki İndeksi (NDVI - Normalised Differences Vegetation Index) və s.

Təlimin keçirilmə ünvanı:
AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun konfrans otağı

Qeydiyyatdan keçmək üçün əlaqə nömrələri:
(050) 451 79 15; (050) 983 18 38

Təlim müddəti aşağıdakı kimidir:
- 4 həftə, 2 və 5-ci günlər, saat 10:00 - 16:00

Təlimin başlama vaxtı Son qeydiyyat tarixi
23 Oktyabr 2018-ci il. 22 Oktyabr 2018-ci il.

Təlim ingilis və azərbaycan dillərində keçiriləcəkdir.
Təlim ödənişlidir.
Təlim 20 nəfər üçün nəzərdə tutulub.
Təlim sonunda sertifikat veriləcək.
Tələbə və magistrlər üçün 20% endirim var.
Təlimdə cofee break nəzərdə tutulub.

Ətraflı məlumat almaq üçün "[email protected]" ünvanına yazmağınızı xahiş edirik.