Yaş həddi: 6+
Müəllif: Ceyn Ostin
Janr: Roman
Dil: Rus
Tamaşanın müddəti: I hissə - 50 dəqiqə

                                    II hissə - 55 dəqiqə

Quruluşçu rejissor: İlqar Safat
Quruluşçu rəssam: Nikita Sazonov (Rusiya)
Musiqi tərtibatı: İlqar Safat

c.Ostin «Qürur və qərəz». İlk baxışdan ingilis yazıçısı Ceyn Ostinin bəhsetdiyi sadə hadisə - yalnız qadın romanıdır. Amma məlum olduğu kimi romanda qaldırılan mövzular, suallar və problemlər bütün dünyada çox müasir, yaxın və aydındır, o cümlədən bizdədə. Buna görə də, qürur və qərəz sınağından keçən gənc qəhrəmanların əlaqələrinin intriqası nəticədə səmimi sevgi, hörmət və minnətdarlıq hissinə keçir. Lakin bu razılığa çatmazdan əvvəl  onlar bir-birini tanımağın çətin yollarından keçməlidirlər. Öz düzlüyü və nəcib ləyaqətinin ən yaxşı sübut isə sözlər yox, hərəkətlər və əməllər olacaqdır.