Azərbaycan Respublikasının əlilliyi olan və olmayan aktyorlar ibarət ilk inklüziv teatrı olan - ƏSA Teatrı 4-cü mövsümünün ilk tamaşa premyerasını oktyabrın 29-u edəcək. Görkəmli mütəfəkkir Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyö Jordan və Dərviş Məstəli Şah” pyesinin motivləri əsasında quruluş verilən “Paris partladı” tamaşasının premyerası 29 oktyabr 19:00-da Akademik Rus Dram Teatrının səhnəsində nümayiş olunacaq.

“Paris partladı” tamaşası modern dünya teatrının trendlərini özündə əks etdirir. Tamaşaçılar premyerada Mirzə Fətəlinin ənənəvi yaradıcılığının məhsulunu yox, yeni üslubda quruluş verilən tamaşa izləyəcəklər.

Tamaşanın bədii rəhbəri: Nihad Qulamzadə
Quruluşçu rejissor: Elşən Əsgərov
Baş produser: Nicat Qulam
Quruluşçu rəssam: Vüsal Rəhim
Multimedia meneceri: Elxan Xanəlizadə
İşıq rəssamı: Binyamin Sailov
Surdo tərcümə: Nuranə Abıyeva
Qrafik dizayner: Vəfa Hacıoğlu
Rollarda: İmran Lalayev, Səmayə Ağayarova, Könül Şahbazova, Elvin Mirzəyev, Niyaz İlyasoğlu, Elsevər Rəhimov, Rafael Şahbəyli, Fərid Əliyev, Günay Məmmədova, Bəhram Rəhimli, Cəmilə Məmmədli

Teatrın təsisçisi və rəhbəri: Nihad Qulamzada
Baş meneceri: Nicat Qulam