Yaş həddi: 13+
Müəllif: Vilyam Şekspir
Janr: Komediya
Dil: Azərbaycan
Tamaşanın müddəti: I hissə - 90 dəqiqə

                                    II hissə - 45 dəqiqə

Quruluşçu rejissor və rəssam: Azər Paşa Nemətov
Rejissor: Anar Sadoqov

Hər zaman Azərbaycanda Vilyam Şekspir yaradıcılığına maraq  böyük olub.Zaman dəyişir, nəsillər bir-birini əvəz edir, lakin Şekspir yaradıcılığına maraq  daha da artır. Bu dəfə teatr V.Şekspirin “On ikinci gecə və yaxud hər nə istəsəniz” komediyasına  müraciət  etdi. Əsər sevginin, məhəbbətin hökm sürdüyü  nağıllar və xəyallar aləmində baş verən anlaşılmazlıqlar haqqındadır. Sonda anlaşılmazlıq  və yalanlar xoş  sonluqla bitir, hər şey yoluna düşür, gənclik  və məhəbbət qalib gəlir. Tamaşanın süjet xətti ekranla səhnənin, müasirliklə klassikanın vəhdətində, rəqslər, mahnılarla, maraqlı, baxımlı, rəngarəng və dinamik bir formada həll olunur. Tamaşaçı səhnə ilə ekranda baş verənlərə aludə olmaya bilmir.