Fam Party Baku təqdim edir: 26 oktyabr Bakının gözəl yerlərindən birində, Ağ şəhərdə yerləşən "Baku Bay"-da "BamblBi bədheybətlərə qonaq gəlir" adlı Hellovvin parti keçiriləcək. Tədbir həm valideynlər həm də uşaqlar üçün muzikl karnaval stilində keçiriləcək.

Hellovin əyləncə gecəsinin qonaqları: Qraf drakula və sevgilisinin dəvəti ilə tədbirə gəlmiş - uşaqların sadiq dostu Transformer Bamblbi, həmçinin Sugarramurdi ifritələri, Vampirlər, İblis, 7 krallığın Şahzadəsi,Qaranliqlar Kraliçasi Malefisenta siz və Betmen.

Əziz uşaqlar tədbirdə sizi: Oyunlar və Hədiyyələr, Ən yaxşı kostyum viktorinası, Fleşmob, Transformerdən atəşfəşanlıq və vampirə dönüşmə sizi gözləyir. Həmçinin feys art(ödənişli), Köpük şou, Alov şou, Fotosessiya, Şirniyyatlar, Möhtəşəm Hellovin dekorasiya, və ən məşhur DJ İDN ilə unudulmaz diskoteka. Feys art etmək istəyənlərdən tədbirə yarım saat əvvəl gəlmələri xahiş olunur.

Keçiriləcək yer: "Baku Bay White City" Ünvan: Ağ Şəhər

Vaxt: 26 oktyabr 13:00 və 16:00 Proqram müddəti: 2 saat

Biletin qiyməti
Uşaqlar - 45 AZN. Qiymətə şou proqramda iştirak, şirniyyat masası və hədiyyə daxildir.       

Valideynlər - 35 AZN. Qiymətə tədbirə giriş və şirniyyat masası daxildir.

Biletləri şəhərin kassalarından əldə edə bilərsiniz!

Biletlər haqqında daha ətraflı məlumat üçün +994 51 900-22-42 nömrəsinə zəng edin.