Noyabrın 5-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin "İçərişəhər" Muzey Mərkəzinin nəzdində fəaliyyət göstərən Bakı Fotoqrafiya Evi “Camping Azerbaijan” ilə birgə “11 gün” adlı fotosərgi açacaq.

Sərgidə fotoqraf Eldar Əkbərovun “Şaxta Baba ucqar kəndlərdə” layihəsi çərçivəsində orta format kamera ilə çəkdiyi fotolar nümayiş etdiriləcək.

Layihə çərçivəsində hər il Şaxta babalar onlarla ucqar dağlıq kənddə yüzlərlə uşağa hədiyyə çatdırmaq üçün günlərlə qarlı dağlar aşaraq yol gedirlər.

Sərgi noyabrın 8-dək davam edəcək.