Müasir iqtisadiyyatda bazarların çoxu doymuşdur və ya bazarlar qiymət siyasəti, məhsulların xarakteristikaları, xidmət çeşidini diktə edən bir neçə böyük oyunçular tərəfindən idarə olunur. Rəqabət mübarizəsi dənizində batmamaq üçün nə etmək lazımdır? İşlədiyiniz biznes sahəsində öz seqmentinizi necə tapmaq olar? Özünü digərlərin iş şərtlərinə uyğunlaşdırmamaq, eyni zamanda bazarda işləmək üçün öz şərtlərini formalaşdırmaq üçün nə etmək lazımdır? Öz istehlakçını istənilən, hətta nisbətən doymuş bazarda necə tapmaq olar? Potensial müştərilərdən “Bəs Sizi digərlərindən fərqləndirən cəhətlər hansılardır?” sualını daha eşitməmək üçün nə etmək lazımdır? Bu və digər sualların cavablarını bu seminarda tapa biləcəksiniz.
Vaxt və məkan:
“Effektiv satış texnikaları” seminarı bazar günü, 14 noyabr saat 11.00dan 12.30-dək COLAB. mərkəzində keçiriləcək. Ünvan: "Port Baku", Neftçilər pr. 151, Üzeyir Hacıbəyli küçəsindən giriş.
Seminar kim üçün nəzərdə tutulub?
Sahibkarlar
İdarəçilər
Satış üzrə direktor və menecerlər
Satış nümayəndələri
Satış mütəxəssisləri.
Seminarda aşağıdaki mövzulara toxunulacaq:
1. Satışın strategiyası və texnologiyası
2. Satışa hazırlıq mərhələsi
3. Əlaqənin qurulması mərhələsi
4. Telefonla danışıqların idarə olunması fəndləri
5. SPİN üsulu ilə müştərilərin tələbatlarını öyrənmək mərhələsi
6. Şirkətin məhsulunun təqdimatı mərhələsi
7. Müştəri ehtirazlarının cavablandırılması mərhələsi
8. Satışın yekunlaşdırılması
9. Müştərilə mürəkkəb danışıqlar və mübahisələr
10. Danışıqlar zamanı müxtəlif vəziyyətlərdə effektivliyin artırılması
11. Əhəmiyyətli müştərilərin müşaiyyət olunması
Təlimçi haqqında
İlham Əfəndiyev Motivasiya, Marketinq və Satış üzrə peşəkar mütəxəssisdir.
Son 20 ilə yaxın müddətdə o, Azərbaycanın ən iri media, reklam, aviasiya, telekommunikasiya və istehsal şirkətlərində çalışıb.
Azərbaycanın ən böyük şirkətlərin Satış, Marketinq və Müştəri Xidmətləri komandaları üçün 1000 saata yaxın təlim keçirib.
Çalışdığı müddətdə 10 mln dollarlıq 100-dən artıq böyük və orta həcmli korporativ satış həyata keçirib.
İlham Əfəndiyev Azərbaycan, Rusiya və Hollandiyanın aparıcı təhsil ocaqlarında təhsil almışdır.
Hal-hazırda o, Təlimçi, Biznes Konsultant və Sahibkar kimi öz fəaliyyətini davam etdirir.
Seminarda iştirak üçün şərtlər
Seminarda iştirak etməklə siz aşağıdaki üstünlükləri əldə edirsiniz:
Cəmi 12 iştirakçı üçün yer olduğuna görə qeydiyyatdan keçənlər arasında seçim aparılacaq və yalnız seçilən kəslər telefonla tədbirə dəvət olunacaq.
Seçim turundan keçməklə siz seminarda pulsuz iştirak imkanı əldə edirsiniz
Həmçinin həmkarlarınızla ünsiyyətdə olmaq və yeni əlaqələr qurmaq imkanı əldə edirsiniz.
Seminarda iştirak haqqı: 0 AZN
Seminarın dili: Azərbaycan
ККрасота и здоровье
ЖЖара 2019
РРестораны и кафе
ООбразование
ВВсе для детей
ККоронавирус
ЧЧего хотят женщины?
ГГде провести Новый год?
ЧЧто подарить на Новый год?
Ödənişsiz "Effektiv satış texnikaları" seminarı
Рецензия
Фильтры