Azərbaycan İstiqlal Muzeyi 1991 – ci ildə yaradılıb. Muzeyin yaranmasında əsas məqsəd ən

qədim zamanlardan müasir dövrümüzə qədər Azərbaycan xalqının mədəni – tarixi

həyatındakı mühüm hadisələri və öz istiqlalı uğrunda apardığı mübarizəni ardıcıl olaraq

əks etdirməkdir. Muzeyin zallarında Azərbaycan Respublikasının Dövlət atributlarına,

xanlıqlar dövrünə, XIX əsrin sonu – XX əsrin əvvəllərində Şimali və Cənubi Azərbaycanda

baş vermiş hadisələrə, Azərbaycanın repressiya və II Dünya Müharibəsi illərindəki

tarixinə, Qarabağ müharibəsinə, 20 Yanvar faciəsinə və Respublikamızın Müstəqillik

dövrünə həsr olunmuş eksponatlar nümayiş olunur.

 

Biletləri saytda və muzeyin kassasında əldə etmək olar.

Muzey bazar ertəsindən başqa hər gün saat 10-00 – dan 18-00 – dək işləyir.