Noyabrın 7-dən 14-dək “Art Tower” qalereyasında Türkmənistanın tanınmış rəssamlarından biri olan Məmməd Yarməmmədovun “Vətən aşiqi” adlı fərdi sərgisi keçiriləcək.

Sərginin təşkilatçıları “Nusay Gallery” (BƏƏ), “Arts Council Azerbaijan” QHT və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsidir.

Türkmənistanlı rəngkar Məmməd Yarməmmədov çoxsaylı beynəlxalq sərgilərin iştirakçısı, Türkmənistan Rəssamlar İttifaqının üzvüdür. Sənətkarın qeyri-standart dünyagörüşü onun əsərlərində duyulur. Bu əsərlər dekorativ pannonu xatırladır.