Konsert proqramında dünya şöhrətli bəstəkarlar V.A.Motsart, İ.S.Bax, A. Arenski və D.Şostakoviçin əsərləri ifa olunacaq.
Orkestrin bədii rəhbəri və dirijor Aleksandr Rudin (violençel), Aleksey Volodin (piano) və Andrey Yerşov (truba) konsertdə solist olaraq çıxış edəcəklər.
Konsertə biletlərin qiyməti 20, 25, 30, 40, 45, 50, 55, 60, 70, 80 AZN-dir. Biletləri Mərkəzin kassasından, iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.
“Musica Viva” Moskva Kamera Orkestri 1978-ci ildə yaradılıb. 1988-ci ildən indiyədək orkestrə dirijor, violençel ifaçısı və pianoçu Aleksandr Rudin rəhbərlik edir.
“Musica Viva” özünü ən müxtəlif janrlarda ifadə edən universal musiqi kollektividir. Orkestrin geniş repertuarına rus və qərb klassiklərinin nadir ifa olunan əsərləri, eləcə də müasir müəlliflərin bəstələri daxildir.