Bu il 79 ölkədən 3484 qısametrajlı film təqdim edilib

Noyabrın 6-da Beynəlxalq Muğam Mərkəzində 10-cu Bakı Beynəlxalq Qısa Filmlər Festivalının təntənəli açılış mərasimi keçiriləcək.

Filmlər 6 ,7, 8, 9 noyabr tarixlərində saat 11:00-dan 16:00-dək Nizami Kino Mərkəzində nümayiş olunacaq. Filmlərə giriş sərbəstdir. 

Festivalın açılış mərasimi noyabrın 6-sı saat 18:30-da, bağlanış-mükafatlandırma mərasimi isə noyabrın 9-u saat 17:30-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.