"Bakı görüşləri" adlanan tədbirimizin Passage 1901-dəki böyük zalının bayram ab-havası və müsbət aurası sizi yeni şou proqramı ilə qarşılayacaqdır. Sizi mahnı müsabiqəsindəki yarışlar və www.limartis.az saytından xüsusi hədiyyələr gözləyir.
Yüksək keyfiyyətli əl işləri ilə 100 tətbiqi sənət sahəsinin ustaları sizə öz bacarıqlarını, yaradıcılıq və ixtiraçılıqlarını göstərəcəklər. Sərgidə dekorativ və tətbiqi sənətin bir çox növündə əl işləri nümayiş olunacaq. Dekorativ - tətbiqi sənətə el arasında “xalq sənəti” də deyirlər. Bu sənətin xalçaçılıq, batik (kəlağayı), qobelen, dulusçuluq (keramika), toxuma və bədii tikmə, zərgərlik, bədii şüşə, bədii oyma (ağac, metal, daş, sümük üzərində oyma) və digər növləri vardır.

Bəyəndiyiniz əşyaları əldə edə bilərsiz.
Hər qonaq ustalarla şəxsən görüşə, onlara suallar verə və şəkil çəkə biləcəkdir. Uşaqlar və böyüklər üçün dulusçuluq, ebru, bijuteriya hazırlanması və şirniyyat sənətində ustad dərsləri təşkil ediləcəkdir.
Bu dəfəki sərgimiz xeyriyə aksiyası daşıyır. Xəstə bir qız üçün bir xeyriyyə tədbiri ilə festivalda konsert proqramı keciriləcək. Bir yerdə biz bu qız üçün bir möcüzə edə biləriik. Birlikdə yaxşı işin bir hissəsi ola bilərik.
Passage1901-də dostlarınız ilə görüş təyin edib, birlikdə çay, qəhvə və dadlı şirniyyatlardan ləzzət ala bilərsiniz. 16 Noyabr 2019 tarixində görüşürük.