"Vəsiyyət"

Yaş həddi: 13+

Müəllif: Hüseynbala Mirələmov

Janr: Qara komediya

Tamaşanın müddəti: I hissə - 70 dəqiqə

                                    II hissə - 65 dəqiqə

Quruluşçu rejissor: Firudin Məhərrəmov (əməkdar artist)

Quruluşçu rəssam Nazim Bəykişiyev (xalq rəssamı)

Rejissor: Əlif Cahangirli

 “Vəsiyyət”pyesinde adından göründüyü kimi əsərin baş qəhrəmanının yaxin və doğmalarına verəcəyi vəsiyyətdən söhbət qedir. Əsərin baş qəhrəmanı külli miqdarda var-düvləti olan biznesmendir. O, yaratdığı şirkətlərə qohum-əqrabasını cəlb edərək, onların da varlanmasına imkan yaradıb. Əsərdə hadısələr baş qəhrəmanın-Dövranın 60 illik yubileyinə qohum-əqrabasının dəvəti ilə başlanır. Qohumlar və yubilyar gələndən sonra qeyri-adi məclis başlanır. Dövran yubiley günündə öz vəsiyyətnaməsi haqda məlumat verir. Lakin bu vəsiyyətnamə ancag onun ölümündən sonra elan ediləcək. Sonraki hadisələr daha gərgin forma alır. Birdən-birə evdə elektrik enerjisi kəsilir.Baş qəhrəman Dövran naqilləri yoxlamağa gedir və onu elektrik şərəyanı məhv edir. Hami çaşqın veziyyətdədir. Şadlıq yasa çevrilir. Tez rəhmətə gedəni basdırırlar. Cünki, hami vəsiyyətnamədən xəbərdar olmaq istəyir. Vəsiyyətnamə oxunur. Kimi razi, kimi narazıdır. Mobil telefonun zəngi eşidilir. Zəng edən baş qəhrəman Dövrandır. Heç kəs buna inanmır. Çunki o dünyadan heç kəs zəng edə bilməz. Əslində isə, vəsiyyətnamə yiyəsinin dirilməyi də heç kimə sərf etmir. Nəhayət, ölən adam dirilir, hansısa yolla qəbirdən çıxır və qohum əqrabalarının yanına gəlir. Hami şokdadır. Dirilən adam artıq yaxın qohum-əgrabasını yaxşı tanıyıb. Onun ilk işi vəsiyyətnaməni məhf etmək olur.