YARAT Müasir İncəsənət Məkanı sizi ARTIM Layihə Məkanında davam edən "Periferik genişlənmə" sərgisi çərçivəsində rejissor Aygün Rəşidovanın "Mənim qarmonum" sənədli filminin nümayişinə dəvət edir.

Film nümayişindən sonra filmin qəhrəmanı canlı olaraq qarmonda ifa edəcək.

7 noyabr, 19:00
ARTIM Layihə Məkanı (İçərişəhər, Kiçik Qala küç., 5)
Giriş sərbəstdir

10 yaşlı Sabirin arzusu var – musiqiçi olmaq. O, məcburi köçkün ailəsində anadan olub. Sabir bütün həyatını Bakı şəhərinin Biləcəri qatar stansiyasının dəmir yollarının arasında yerləşən ailəsinin tikdiyi kiçik bir evdə yaşayıb.
Sabirin akkordeona ehtiyacı var. Valideynlərinin gəlirlərini nəzərə aldıqda isə bu musiqi aləti əlçatmaz görünür. Ürəyi musiqi eşqi ilə döyünən Sabir gələcəyinin necə olacağını təsəvvür edə bilmir. Bu çətinliklərə baxmayaraq hələ də ümid yeri var. Sabir qonşusunun sınıq qarmonu ilə məşq edir, bacarıqlarını artırmağa çalışır.

Filmin müddəti: 19:25 dəq.
Dil: Azərbaycan