Beləliklə, rəsmi surətdə elan edirəm:
7 dekabr saat 12.00 Pullman Baku Hotel & Resorts otelində QADINLAR ARASINDA NƏRD TURNİRİ keçirələcəkrir!

Təxmin edilən suallarınıza cavablar:
➡️ Qadın üçün yaş anlayışı yoxdur, istənilən qadın müraciət edə bilər.

➡️ Pullman Baku otelində təzə dəmlənmiş çay, ətirli qəhvə və müxtəlif dadlı təamlardan bütün günü yararlanacağıq 

➡️İstənilən geyimdə gələ bilərsiniz, lakin unutmayın ki, hər zaman olduğu kimi bizdə videoqraf və fotoqraf olacaqdır. Bir tək istəyimiz var - özünüzlə yaxşı əhval - ruhiyyə - götürün ki, biz onu uzun illərin xatirəsinə çevirək.

➡️Sponsorlardan hədiyyələr sizi gözləyir. Biz lotoreya da keçirəcəyik. İlk üç yeri qazanan iştirakçılar daima sayı artan sponsorlarımızdan özəl mükafatlar qazanacaqdır. 
Şirkətdən qoşulmaq istəyənlər də sponsorlar ola bilər (aramızda qalsın sponsorlardan iştirak haqqı almıram) 

➡️Noyabr ayının 25-nə kimi iştirak haqqı 50AZN-dir. 26 noyabrdan 65AZN, yaxşısı budur tələsin! Ödənişi Ballı Bisi dükkanında, Pullman Baku otelin geydiyyat sobesinde (PM#9011) vəya MilliÖn vasitəsi ilə edə bilərsiniz.
Ödənişdən sonra çeklə bərabər adınızı və soyadınızı göndərməyi unutmayın.