Təşkilatçılar: "Kitabla Terapiya", Şah Mat Teatrı, ERBİ book&cafe
Moderator: psixoloq Kamil Həmidov
Giriş: ödənişsiz
Qeydiyyat: 050 964 37 43 (Whatsapp)
Məlumat:
Playback teatrı tamaşaçılarının danışdıqları həyat hekayələrinin üzərindən qurulan və onların yerindəcə izlədikləri improvizasiyalı teatr formasıdır. 1975-ci ildə Conatan Foks və Co Salas tərəfindən yaradılan Playback teatrları hazırda dünyanın bütün qitələrinə yayılmışdır. Playback teatrından münaqişələrin həlli, ictimai təqdimatlar, dəyişikliklərin idarə edilməsi, təhsil, sosial dialoq, sülh quruculuğu və digər sahələrdə tətbiq edirlər. Müntəzəm olaraq Playback teatrlarının toplantıları və festivalları təşkil edilir. Playback Teatrı zamanı bir çox insan səhnədə öz hekayələrini danışmaq və görmək imkanı əldə edir. Playback Teatrının şəxsiyyətin böhranlarının həlli və inkişafında da özünəməxsus rolu var. Çünki iştirakçının danışıq və görmək aktları birləşərək reallıqda həyata keçirilmək üçün Təcrübəyə çevrilir. Eləcə də iştirakçı hekayələrini söyləyərək kim olduğunu kəşf edir.

Struktur:

• Oxucu əvvəlcədən və ya tədbir zamanı kitabxanada olan hər hansı bir kitabdan bir fraza seçib səsləndirir;
• Psixoloqla oxucu frazanı təhlil edir;
• Daha sonra peşəkar aktiyorlar frazanı səhnədə canlandırır;
• Lazım gəldikdə oxucu özü də səhnəyə cəlb olunur;
• Oxucu və psixoloq, əgər canlandırılmış səhnədə və frazada konflikt varsa onu həll etməyə çalışır.