Hörmətli Rotary dostları,

Bildiyiniz kimi Baku Khazar Rotary Club olaraq cəmiyyət üçün ən yararlı və maraqlı layihələrimizdən biri də hər il Park Bulvar Ticarət Mərkəzi ilə əməkdaşlığımız çərçivəsində həyata keçirdiyimiz "Winter Festival" / “Qış Festivalı” #xeyriyyə layihəsidir.

Belə ki, Festival müddətində maraqlı əşyalar və ləvazimatlar alaraq xeyriyyə layihəsinə dəstək, həmçinin Klublarımız tərəfindən keçiriləcək əyləncəli oyunlarda və lotereyada qalib olaraq qiymətli hədiyyələrə sahib ola bilərsiniz.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq hər birinizi 30 noyabr 2019-cu il tarixində, Park Bulvar TM-də həyata keçirəcəyimiz “Winter Festival” / “Qış Festivalı” adlı xeyriyyə layihəsinə dəvət edirik!

Gəlin həm əylənək, həm də cəmiyyətimizin inkişafına dəstək olaq!