AIESEC təşkilatı ADPU tələbələri üçün Global Volunteer proqramı barədə informativ tədbir keçirəcək.

Beynəlxalq layihələrdə könüllü təcrübəçi olaraq: xaricdə praktiki yolla iş və liderlik təcrübəsi qazanma, dünyanın müxtəlif yerlərindən olan mədəniyyətləri, onların maraqlı insanlarını tanıma və bir-birindən maraqlı ölkələri gəzərək inkişaf etmə niyyətindəsinizsə, onda bu məlumat məqsədli tədbirdə iştirak etmə fürsətini qaçırmayın.

Tədbirimizdə:
1.Təşkilatımız və gördüyümüz işlər barədə,
2.Global Volunteer Proqramı barədə,
3.Hazırki Layihələr barədə,
4.Layihələrə Müraciət etmək üçün lazım olan kriteriyalar və tələblər haqqında
5.Müraciət mərhələləri və ərizəsi barədə ümumi məlumatlandırılacaqsınız.

Məlumat Günü 15 Noyabr saat 14:00-da Azərbaycan Dövlət Pedeqoji Universitetində, kiçik akt zalında baş tutacaq.

İştirak üçün qeydiyyat formu: http://bit.ly/ADPUtedbir