4 fərqli spiker, 4 fərqli mövzu ilə "Mən Bunu Bilsəydim" qarşınızda!

#MənBunuBilsəydim nədir? "Davos" formatında baş tutacaq "Mən Bunu Bilsəydim" adlı tədbirdə uzun müddətdir sahibkarlıq fəaliyyəti ilə məşğul 4 sahibkar olan öz bilik və iş təcrübələrini bölüşməklə yanaşı sizi maraqlandıran mövzulara toxunacaq. 2 saat davam edəcək panel müzakirələrində spikerlərin təcrübələrini eşitməklə yanaşı onlardan "Mən Bunu Bilsəydim..." deyərək başladıqları cümlənin davamını da eşidəcəksiniz.

Tarix: 20.11.2019 | 10:30
Məkan: Landmark III, Rotunda Hall
Qeydiyyat: www.mbb.youthinc.az

"Mən Bunu Bilsəydim" adlı panel müzakirələrinin aparılacağı tədbir Azərbaycan Sahibkarlar Konfederasiyasının, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOB Azərbaycan / SMB Azerbaijan) və "Youth Inc." Sahibkarlıq Proqramının tərəfdaşlığı ilə "Qlobal Sahibkarlıq Həftəsi" çərçivəsində həyata keçirlir.