Sizi 22 Noyabr 2019-cu il Saat 12:00-dan 18:00-a kimi keçiriləcək Xaricdə təhsil sərgisinə dəvət edirik. Xaricdə təhsil sərgisi Hilton Baku Otelində keçiriləcəkdir və giriş sərbəstdir. Xaricdə təhsil sərgisində Amerika, Böyük Britaniya, Avstraliya, Hollandiya, İspaniya, İtaliya, İsveçrə,Kanada və digər ölkələrdən olan universitetlər iştirak edəcəkdir. Universitetlərin rəsmi şəkildə təmsil olunacağı sərgidə siz universitet nümayəndələri ilə görüşüb universitetlər haqqında daha ətraflı məlumat əldə edə bilərsiniz. Hər il keçirilən xaricdə təhsil sərgisi zamanı tələbələr və valideynlər universitetlər haqqında məlumat alaraq doğru seçim edirlər. Sərgi zamanı keçirilən interaktiv seminarlar zamanı vizual olaraq universitetlərlə tanış olub tam məlumat əldə etmək mümkündür.Sizdə xaricdə təhsil sərgisində iştirak edərək sizin üçün doğru olan universiteti seçməyə tələsin.