20 noyabr, saat 11:00-dan 14:00-dək ANDOP-da “Uşaq psixologiyasının əsasları” adlı təlim keçiriləcəkdir. Bu, uşağı ilə doğru bir şəkildə qarşılıqlı əlaqə qurmaq istəyən valideynlər üçün çox əhəmiyyətli təlim programıdır. Bu təlim, bütün stereotipləri aradan qaldırmağa və uşaqlarla ünsiyyət bacarıqlarınızı inkişaf etdirməyə kömək edəcəkdir.

Təlimdə:
- Özgüvənin təməlində nələr var?
- Uşağın özgüvəninə zərər vurmadan necə davranaq və ünsiyyət quraq?
- Uşağa düzgün iradın bildirilməsi.
- Uşaqlar arasında mübahisə zamanı necə müdaxilə etməli?
- Uşağın səhv davranışı zamanı valideynin düzgün davranış və ünsiyyət alqoritmi.
- Özgüvəni artıran texnikalar.

Təlimin müəllifi və aparıcısı – Dr. Xədicə Həbibullayeva, həkim-pediatr, klinik psixoloq.