Texnologiya, elektronika və proqramlaşdırma, robot texnologiyaları və digər mühəndislik yönlərində öz istedadını göstərmək istəyən və bu sahələrdə bacarıqlarını inkişaf etdirmək istəyən hər kəsi Qərbi Kaspi Universitetində keçiriləcək olan “Makers’ Day 2018” tədbirinə dəvət edirik

** Makers’ DAY nədir?

Məqsədimiz
* Proqramlaşdırma 
* Robototexnika 
* Elektronika 
* Kouçinq
sahələri üzrə profesional iş görən, təlim keçən, inkişafa dəstək olan və olmaq istəyən mühəndis, şirkət nümayəndələri, şirkətləri və təcrübə imkanları, yeniliklər barədə məlumat almaq istəyən 400-ə yaxın gənci bir araya gətirmək və eləcə də həvəskar maker-lərin cəmiyyətə çıxmasına dəstək olaraq onların arasında sıx əlaqə yaratmaqdır.

** Tədbir kim tərəfindən, nə vaxt və harada təşkil edilir?

Tələbələrin təlim imkanlarının artırılması, mütəxəssislərin təcrübələrindən yararlanması, işləməsi və məzun olduqdan sonra məşğulluğunun daha məqsədyönlü təmin olunması prosesinin dəstəklənməsi təşəbbüsü ilə Qərbi Kaspi Universiteti Texnoparkı tərəfindən 16 NOYABR tarixində Qərbi Kaspi Universitetində Makers’ Day tədbirinin keçirilməsi hədəflənmişdir.

Başlanma saatı: 10.00
Bitmə saatı: 17.00