Texnologiya, elektronika və proqramlaşdırma, robot texnologiyaları və digər mühəndislik yönlərində öz istedadını göstərmək istəyən və bu sahələrdə bacarıqlarını inkişaf etdirmək istəyən hər kəsi Qərbi Kaspi Universitetində keçiriləcək olan “Makers’ Day 2018” tədbirinə dəvət edirik

** Makers’ DAY nədir?

Məqsədimiz
* Proqramlaşdırma 
* Robototexnika 
* Elektronika 
* Kouçinq
sahələri üzrə profesional iş görən, təlim keçən, inkişafa dəstək olan və olmaq istəyən mühəndis, şirkət nümayəndələri, şirkətləri və təcrübə imkanları, yeniliklər barədə məlumat almaq istəyən 400-ə yaxın gənci bir araya gətirmək və eləcə də həvəskar maker-lərin cəmiyyətə çıxmasına dəstək olaraq onların arasında sıx əlaqə yaratmaqdır.

** Tədbir kim tərəfindən, nə vaxt və harada təşkil edilir?

Tələbələrin təlim imkanlarının artırılması, mütəxəssislərin təcrübələrindən yararlanması, işləməsi və məzun olduqdan sonra məşğulluğunun daha məqsədyönlü təmin olunması prosesinin dəstəklənməsi təşəbbüsü ilə Qərbi Kaspi Universiteti Texnoparkı tərəfindən 16 NOYABR tarixində Qərbi Kaspi Universitetində Makers’ Day tədbirinin keçirilməsi hədəflənmişdir.

Başlanma saatı: 10.00
Bitmə saatı: 17.00

** Kimlər iştirak edə bilər?

Nəzəri biliklərə sahib olan tələbələrimizin eyni zamanda praktiki biliklərə də yiyələnməsi üçün böyük fürsət yaradacaq tədbir əsasən 3-4-cü kurs bakalavr və magistr tələbələrinə görə planlaşdırılsa da, özünün bu sahə üzrə şəxsi inkişafını artırmaq istəyən hər bir gənc və abituriyent üçün açıqdır.

** Maker sərgisi haqqında

Sərgi istənilən kateqoriyada robotların hazırlanaraq tədbir müddətində. Jüri tərəfindən qiymətləndirildikdən sonra sərgiçilər mükafatlandırılacaqlar. Mükafatlar evet səhifəsində paylaçılacaq. Qeydiyyatdan MAKER olaraq qeydiyyatdan keçənlərlə təşkilatçı komandamız zəng edərək əlaqə saxlayacaq. 

** İştirakçıları sonda nələr gözləyir?

1- Tədbirin sonunda hər bir iştirakçı “Certificate of Attendance” sertifikatı alacaq. 
2- Yarışmaya qatılmayıb öz məhsullarını sərgiləmək istəyən Maker-lər üçün stendlər ayrılacaq. 




** Necə iştirak edə bilərəm?

Qeydiyyat üçün keçid:https://goo.gl/forms/8pNeMXpRWYWoD9x03 

** Əlavə suallarınız üçün:
mail: [email protected] 
Telefon: (+994) 55 863 69 03
Qərbi Kaspi Universitetinin ən yeni korpusu, Əhməd Rəcəbli 3-cü parallel, 17 A