Azərbaycanda ilk dəfə klassik vokalçıların ümumrespublika festivalı keçiriləcək

17-24 dekabr 2019-cu il tarixində Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Televiziyasının Mədəniyyət kanalının yeni layihəsi - klassik vokalçıların ümumrespublika festivalı keçiriləcək.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən festivalın əsas məqsədi Azərbaycan klassik vokal musiqisinin inkişafı və təbliği, gənc nəsildə yüksək musiqi zövqünün formalaşdırılmasıdır.

Festival çərçivəsində Azərbaycan və dünya klassik musiqi incilərinin nümunələri ölkəmizin öncül musiqi kollektivlərinin müşayiəti ilə müxtəlif şəhər və regionların mədəniyyət ocaqlarında tanınmış Azərbaycan vokalçıları, eləcə də istedadlı gənclərin ifasında təqdim olunacaq.

Festivalın Təntənəli bağlanış mərasimi 24 dekabr 2019-cu il tarixində Heydər Əliyev Mərkəzində keçiriləcək.