“Paris Notr-Dama ithaf” - Böyük fransız yazıçısı, dramaturq Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi” əsərinin mötivləri əsasında hazırlanıb. Bu tamaşa bəşəriyyətin ən nadir tarixi memarlıq incisi, Avropanın əzəmətli simvollarından biri Paris Notr-Dam kilsəsində 15 aprel 2019-cu ildə baş vermiş yanğın hadisəsinə ithaf olunub.

Dünyanın xilas yolununun ülvi hisslərdə olduğunu göstərən dramatik və faciəvi səhnələrin yer aldığı maraqlı və ibrətamiz situasiyalarla zəngin səhnə əsərində hadisələr Esmeralda adlı gözəl qadının və onun gözəlliyinin sehrinə düşənlər sırasında olan 3 fərqli insanın ətrafında cərəyan edir. Hər 3 qəhrəman – onlardan biri şair və azadlıq carçısı Qrequar, digəri Notr-Dam kilsəsinin zalım, hiyləgər, tamahkar arxidyakonu (keşiş) Claude Frollo və kilsənin zənglərinə baxan və hamı tərəfindən daim təhqirlərə məruz qalan, alçaldılan qozbel Kvazimodo bu gözəl qaraçı qızının vurğunu idi. Burada Esmeraldonu keşişin şəhvət dolu hisslərindən və ölümün pəncəsindən xilas edən, hətta özü də qatilə çevrilən Kvazimodanın sevgisinin analoqu yoxdur… Eybəcərin daxili gözəlliyi onun eybəcərliyi qədər cəlbedicidir... Əsərdə həmin dövrün cahil idealogiyasının bataqlığı detalları ilə göstərilir. Əhaliyə zülm edən kilsə başıpozuq dəstələrin qaraguruhundan istifadə edərək, daim onların azadlıq istəyini boğmağa çalışır və savadlı insanları zindanların soyuq divarları arasında məhv edir…