"Silva"

Yaş həddi: 6+
Müəllif: Imre Kalman
Janr: Operetta
Dil: Rus
Tamaşanın müddəti: I hissə - 55 dəqiqə
                             II hissə - 65 dəqiqə

Quruluşçu rejissor: Boris Lukinski (əməkdar artist)
Quruluşçu dirijor: Nazim Hacıəlibəyov (əməkdar incəsənət xadimi)
Quruluşçu rəssam: Aleksandr Fedorov (əməkdar incəsənət xadimi)
Baş dirijor: Fəxrəddin Atayev (əməkdar incəsənət xadimi)

Macar bəstəkarı İmre Kalman 1915-ci ildə yazdığı  bu əsərlə çağdaş dünyanın sehri ilə ayaqlaşmağa, mənəvi romantik duyğuların girdabından sıyrılıb çıxmağa çalışan, klassik formalara  meydan oxuyan bir sənətkar olduğunu təsdiq etdi və dünyaca məşhur olan “Silva” operettasını, iki gəncin  saf, təmiz sevgi hekayəsini yaratmağa nail oldu. Kabare müğənnisi Silva Varesku ilə  zəngin bir ailənin oğlu  Edvin Vedlersxeym arasında yaşanan böyük məhəbbət ətrafdakıları, xüsusi ilə də Edvinin ailəsini narahat edir. Valideynləri  Edvini başqası ilə nişanlamağa qərar verirlər. Bu qərarsa hadisələri yeni məcraya yönəldir - gənclər öz sevgisi uğrunda mübarizəsi başlayır.