Əziz valideyinlər, 25 Dekabr tarixində Bakıda ilk dəfə, Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində "Bir az sehr" adlı nağıl-cizgi tamaşası təqdim olunacaq. Bu yeni il hekayəsi həm uşaqlara, həm də böyüklərə xitab edəcəkdir. Tamaşa rus və qərbi-avropa bəstəkarlarının musiqisini Azərbaycan Dövlət Kamera Orkestrinin istedadlı, gənc dirijoru - Valid Ağayevin iştrakı ilə keçiriləcək. Akademik  Filarmoniya üçün bənzərsiz, qeyri-adi hallardan biri də musigi sədaları altında nümayiş olunan sehrli qum animasiyası olacaqdır. Bədii tamaşa səhnəyə qoyularkən, eyni zamanda böyük ekranda nümayiş etdiriləcəkdir. Tamaşaçılar qarşısında istedadlı sənətçi - Fidan İsmixanova ard-arda müxtəlif yeni il personajlarını səhnədə canlandıracaq və bununla yeni il ab-havasını daha da zənginləşdirəcək. Təqdimat başa çatdıqdan sonra master-klass keçiriləcək və hər kəs müxtəlif növ qum animasiyalarını praktikada sınamaq imkanı əldə edəcəkdir.

Sizi gözləyir:

• Animasiya şousu
• Canlı musiqi
• Qum animasiyası üzrə master-klass
• Şaxta Baba və Qar qız ilə görüş
• Fotosessiya
• Şirniyyatlar və s.