Yəqin ki “Yanar dağ” sözünü eşitdikdə marağınız oyanacaq və ən az bir dəfə onu ziyarət edib,öz gözlərinizlə görmək istəyəcəksiniz. Əgər belədirsə, torpağın dərinliklərində yatan və

əsirlər boyunca bir an belə sönməyən, yamacın üstündəki hiddətli alovları seir etməyə

tələsin.

Bir zamanlar Atəşpərəstlik dininin xadimlərinin müqəddəs məbəddə ayinlərini necə yerinə

yetirdiklərini anlamaq, alov naminə özünə xəsarət yetirmək üsullarına şahid olmaq, Hindu

tacirlərinin (multans) gecə qaldıqları otaqları görmək istəyənlər Atəşgahı ziyarət

etməlidirlər.

 

Ətraflı məlumat:

  • Hər gün saat 15:00-da keçirilən 4 saatlıq tura aşağıdakılar daxildir:

- Nəqliyyat

- Sürətli keçid

- Tur bələdçi xidməti

- Qoruğa pulsuz giriş

- Su

  • Başlanğıc nöqtəsi: Azadlıq Meydanı (Park Bulvar Mall-un yanı)

Qeyd: Bir avtobusda maksimum sərnişin sayı 20 nəfər təşkil edir. Əgər avtobusda bütün turistlərin əyləşməsi üçün yer olmazsa, ikinci avtobus marşrut xəttinə qoşulacaq. 

Nəzərinizə çatdırmaq istərdik ki, tur üçün minimum sərnişin sayı 2 nəfərdir. Daha ətraflı məlumat üçün zəhmət olmasa Bakı Turizm İnformasiya Mərkəzi ilə telefon 012 498 12 44 və ya [email protected]elektron ünvan vasitəsi ilə əlaqə saxlamağınız xahiş olunur.

Qiymət: 25 AZN