Qobustan Qayaüstü İncəsənətinin Mədəni Landşaftı 6000-dən artıq qayaüstü təsvirlərdən ibarət qayaüstü incəsənətin 40 000 ilindən xəbər verir. Qobustan, yuxarı Paleolitdən Orta Əsrlərə qədər ən son Buzlaq dövründən sonrakı rütubətli dövrdə sakinlərin ov, flora, fauna və həyat tərzini əks etdirən qayaüstü rəsmlərinin keyfiyyəti və sıxlığına görə "görkəmli universal dəyər" hesab edilir və YUNESKO-nun Ümumdünya İrs obyekti siyahısına daxildir.

 

Əlavə məlumat:

- Bakı Turizm İnformasiya Mərkəzi tərəfindən təşkil edilən rəsmi tur

- Müddəti: 4 saat

- Cədvəli: hər gün saat 11: 00 -da

- Qiymət: 25 AZN

Tura daxildir:

- Avtobusda səlahiyyətli bələdçi tərəfindən müşayiət

- Qoruğa giriş bileti

- Qobustanda xüsusi bələdçinin turistlərə təqdim olunması

- Qablaşdırılmış su

  • Başlanğıc nöqtəsi: Azadlıq Meydanı (Park Bulvar Mall-un yanı)

Qeyd: Bir avtobusda maksimum sərnişin sayı 20 nəfər təşkil edir. Əgər avtobusda bütün turistlərin əyləşməsi üçün yer olmazsa, ikinci avtobus marşrut xəttinə qoşulacaq. 

Nəzərinizə çatdırmaq istərdik ki, tur üçün minimum sərnişin sayı 4 nəfərdir. Daha ətraflı məlumat üçün zəhmət olmasa Bakı Turizm İnformasiya Mərkəzi ilə telefon 012 498 12 44 və ya [email protected] elektron ünvan vasitəsi ilə əlaqə saxlamağınız xahiş olunur.