“Çıxış” teatrı bütün cavabların gizləndiyi, yuxu ilə reallıq arasında yerləşən ortaq nöqtə və ya əksinə - Həqiqət axtararaq, təhtəlşüura söykənir və ruhun müxtəlif vəziyyətlərini - hallarını araşdırır. "İnan" və "Təsəvvür et" metodikası həqiqətin yuxu və ya reallıq olduğunu axtarır. Bu prinsiplər, suallar və onların cavabı teatrın məqsədinə çatmaq üçün əsas silahıdır.

Teatr bir neçə beynəlxalq və yerli festivallarda Azərbaycanı təmsil edərək, müxtəlif mükafatlara layiq görünüb.

"Tikanlı Münasibətlər" tragikomediyası məşhur Türkiyə yazıçısı və dramaturqu Müzəffər İzgünün "Sınır" pyesi əsasında hazırlanıb.

"Tikanlı Münasibətlər", evlərindən, sevdiklərindən, öyrəşdikləri adi həyat tərzindən uzaq, bərk-bərk sarıldıqları silahların kölgəsində, ölkələrinin tikanlı sərhədini göz bəbəyi kimi qorumaları tapşırığını almış iki qonşu ölkənin əsgərləri arasında baş verən münasibətlərdən bəhs edən, qara yumorlu, sarkastik, müharibə əleyhinə olan bir tamaşadır.

Tamaşanın rejissoru: İmam Jabirowich Həsənow
Aktyorlar: 
Niyaz İlyasoğlu və Qorqud Jəfər
Rəssamlar: Nuridə Mirqəvvam, Şahnaz Ağayeva
Qrafik dizayn: Aysel Əmirova
Səs və işıq: İmam Jabirowich Həsənow
Müddəti: 60 dəq.
Yaş həddi: 12+
Janr: Tragikomediya
Dil: Azərbaycanca

Bilet: 10 AZN