4-7 mart 2020-ci il tarixlərində əsas məqsədi İtaliya və Azərbaycan kinematoqrafiyasının keçmişi, bu günü və gələcəyini təbliğ etmək olan İkinci İtaliya-Azərbaycan Beynəlxalq Film festivalı keçiriləcəkdir.   

Dünyanın hər yerindən gələn aktyor və rejissorlar bu festivala qatılacaqlar.

Festival çərçivəsində seminarlar, debatlar, məlumat və fikir mübadiləsi tədbirləri, iki ölkənin film sənayeləri arasında kommersiya mübadilələri həyata keçiriləcəkdir.