Kids Business School, Məktəbli Klubu və “PRO Media School” ilə əməkdaşlıq çərçivəsində “Foto və Video Operatorluq” kursuna şagirdlərin qəbulunu elan edir. 
Əziz valideynlər, övladlarınız burada peşəkar təlimçinin yardımı ilə çəkiliş və montaj qaydalarını və bacarıqlarını öyrənəcəklər. Bundan əlavə komanda şəklində işləyəcək, yaradıcıqlarını inkişaf etdirəcək, çalışqanlıqlarından nəticə əldə edə biləcəklər. Kursun sonunda final iş hazırlayıb, müxtəlif video materiallar təqdim edəcəklər. Həmçinin hazırladıqları işləri davamlı yayımlamaq üçün Uşaq Kanalı yaradacaqlar. 
Şagirdlər kurs müddətində bütün zəruri avadanlıqlarla təmin ediləcəklər.
Kurs 3 ay müddətində həftədə 1 dəfə (şənbə günü) olmaqla keçirilir. Kursun sonunda şagirdlərə sertifikat təqdim olunur.

Kurs "Mini Lisey" Şagird İnkişaf Mərkəzində - Nizami rayonu, Rüstəm Rüstəmov 32 A ünvanında keçiriləcəkdir. 

Son Qeydiyyat Tarixi: 24 Noyabr 2018 - ci il

Qeydiyyat və Daha ətraflı məlumat üçün: 0505578844, 0559785511