Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Gənclər Təşkilatı sizi 21 Noyabr tarixində Valideyn Himayəsindən Məhrum uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbi üçün təşkil olunmuş xeyriyyə konsertinə dəvət edir. 
Konsertin məqsədi həmin internat məktəbində təhsil alan, o cümlədən musiqi ilə məşğul olan uşaqlara dəstək olmaq, onların gələcək həyatlarına daha inamlı baxması və həvəslə çalışması üçün motivasiya yaratmaq, eyni zamanda himayədən məhrum uşaqlara kömək etmək istəyən insanları bir araya yığaraq, onlara ayrılan diqqətin artırılmasıdır.

Konsertdə Bakı Musiqi Akademiyasının tələbələri tərəfindən yerli və xarici bəstəkarların məşhur əsərləri səslənəcək.

Giriş sərbəstdir. Maddi yardım üçün məbləğ konsert zalının girişi və içərisində yerləşdirilən qutular vasitəsilə yığılacaqdır.