Kancheli – Texno DJ və musiqi prodüseri, BASSIANI klubunun rezidenti.
Tbilisi texno səhnəsinin ən görkəmli və əhəmiyyətli artistlərindən biridir.
O, Stare At DJ layihəsinin müəlliflərindən biri və həmçinin 11th-in üzvüdür.
Onun musiqi ilə peşəkar əlaqəsi Tbilisidə caz qrupda yer almaqla başlayıb. Burada o, zərb alətlərində ifa etməyi öyrənirdi.
Bir neçə il bu sahədə yer alandan sonra onun öz musiqisini yazmağa da marağı yaranmışdır.
Kanchelinin sözlərinə görə - “BASSIANI kimi klubun rezidenti olmaq asan deyil. İnsanlar sizə mütəmadi olaraq qulaq asanda hər dəfə yenilik gözləyir. Və siz hər dəfə öz setlərinizi fərqli və xüsusi etməyə çalışırsınız.”
Onun fikrincə klub rezidentliyinin çətinliklərlə yanaşı çoxlu üstünlükləri var. Hər şeydən əvvəl, bu daima formalaşmaq və artist olaraq inkişaf etmək imkanlarına sahib olmaqdır.

CCovid-19
GGözəllik və sağlamlıq
Yeni il 2020
RRestoranlar və kafelər
BBakida təhsil
QQadınlar nə istəyir?
UUşaqlar üçün hər şey
Kancheli – Konsert

Review
Filters