Digər ölkələrə səfər edərkən Xəzər və ya bir sıra dünya dənizləri üzərində qurulan neft və qaz platformalarına, külək dəyirmanlarına, çox güman ki, rast gəlmisiniz. Gördüyünüz bu platformalar bəşər övladı tərəfindən qurulan ‘Sualtı Dünya’nın gözlə görünən kiçik bir hissəsi olmaqla yanaşı, yüzlərlə metr dərinlikdə yatan sualtı qurğuların mərkəzi idarəetmə sistemi rolunu da oynayır. Bəs bir-birindən onlarla kilometr məsafədə yerləşən və müxtəlif dərinliklərdə yatan bu qurğular su üzərində qurulmuş platforma ilə necə əlaqələndirilir? Təbii ki, sualtı dünyanın ‘damar’ları vasitəsilə.

Seminarda əslində ‘damar’ (umbilical) adlandırdığımız əlaqə vasitəsinin nə olmasından, bu sənayenin tarix boyu keçdiyi inkişaf yolundan, istifadə olunduğu sənaye sahələrindən və ən nəhayət yüzlərlə metr dərinliklərdə quraşdırılma mərhələlərindən danışacağıq.