Hörmətli Aİİ əməkdaşları və tələbələr!
Azərbaycan İlahiyyat İnstitutu dini fəaliyyət sahəsində peşəkar mütəxəssis və elmi kadrların hazırlanması ilə yanaşı, tələbələrin dünyagörüşünün formalaşdırılması, mütaliə, sosial məsuliyyət vərdişlərinin artırılması, gənclərin intellektual və mənəvi dünyasının zənginləşdirilməsi, o cümlədən onlarda vətənpərvərlik hislərinin gücləndirilməsi məqsədilə mütəmadi olaraq müxtəlif maarifləndirici və sosial yönümlü layihələr həyata keçirir.
Bu məqsədlə, İnstitutda noyabr ayının 1-dən “Hərəyə bir kitab” adlı aksiyaya start verilib. Aksiyanın məqsədi istifadə edilməyən ədəbiyyatın (kitab, dərslik və digər nəşr nümunələri) ehtiyacı olanlara çatdırılmasıdır. Aksiya iştirakçılarının kitabları İnstitutun kitabxanasında xüsusi ayrılmış guşəyə təqdim etmələri xahiş olunur.
Noyabr ayının 30-a kimi davam edəcək aksiyada toplanan ədəbiyyat uşaq və qocalar evlərinə hədiyyə olunacaq.
Hamınızı aksiyada fəal iştiraka dəvət edirik!